Bildirçin yumurtasının faydaları - Sümükləri və zəkanı gücləndirir...
Bildirçin yumurtası min bir dərdin dərmanıdır. Sağlamolun.az sizinçün bildirçin yumurtasının faydalarını təqdim edir: - Bildirçin yumurtasının tərkibində toyuq yumurtasından 5 dəfə artıq fosfor, 8 dəfə çox dəmir, 9 dəfə çox zülal, 15 dəfə artıq B1 vitamini var. - Bildirçin yumurtası uşaqların zəkasını inkişaf etdirir, iştahanı yaxşılaşdırır, vitaminsizlikdə, mineral çatışmazlığında faydalıdır, immuniteti qüvvətləndirir. - Tərkibində likopen adında antioksidant olduğundan xərçəng önləyici təsiri vardır. - Gec danışan, görmə zəifliyindən əziyyət çəkən, tez-tez xəstələnən uşaqlar üçün əvəzolunmaz bir qidadır. - Allergiyadan əziyyət çəkən uşaqlar üçün də çox faydalıdır. - Qabıqlar azca qaynadılıb, sonra üyüdülür, uşaqların yeməklərinə qarışdırıldıqda kalsium çatışmazlığını aradan qaldırır. - Uşaqlar gündə bir dəfə 1 ədəd yumurtanı suda qaynadılmış halda yeyə bilərlər və ya yumurta sındırılır, ağı sarısından ayrılır, ağı bişirilib yeyilir, sarısı isə südə qarışdırılaraq içilir. - Bidirçin yumurtası cinsi istəyi artırır. - Yumurtanı sındırın, ağı ilə sarısını bir-birinə qarışdırın, saçlarınıza çəkin, yarım saatdan sonra şampun vurmadan yuyun. Saçları həm yumşaq, həm də parlaq edir, kəpəklənməni götürür. - Eyni zamanda bildirçinin əti də ürəyin, qaraciyərin, ağciyərin, böyrəyin, mədənin müalicəsində böyük əhəmiyyətə malikdir.