Bu səbəbdən son zamanlar BTİMM-nin qastroenteroloqu Arzu Quliyevaya müraciət edən pasientlər arasında əcnəbi vətəndaşlar çoxluq təşkil edir. Məlumdur ki, bağırsağın iltihabi xəstəliklərindən olan - kron və ulserativ kolit xəstələri uzun müddət müalicə alsalar da effektli nəticə əldə edə bilmir, həm maddi, həm də mənəvi cəhətdən cox əziyyət çəkirlər. Arzu doktor məhz İnteqrativ Təbabət metodları ilə müalicəyə çətin tabe olan iltihabi bağırsaq xəstəliklərinn sağalmasında uğurlu nəticələrə nail olduğundan bu sahədə artıq böyük təcrübəyə malikdir. Bu nailiyyətlərin bir səbəbi də doktorun qardaş Türkiyədə qeyd etdiyimiz xəstəliklərlə bağlı keçirilən beynəlxalq konfrans və simpoziumlara davamlı şəkildə məruzəçi və ya iştirakçı kimi qatılaraq özünü daha da təkmilləşdirməsidir.
Saglamolun.Az