Avropa İttifaqı HƏMAS-ın İsrailə hücumunu pisləməli və Qəzza zolağında humanitar fəlakət yaşanmasından qaçmaq üçün hər şeyi etməlidir.Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Jozep Borrel Lüksemburqda Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.“Biz eyni zamanda həm HƏMAS-ın terror hücumunu pisləməli, həm də Qəzza zolağında humanitar fəlakət yaşanmasından qaçmalıyıq. Buna nail olmaq üçün Qəzzada yaşayanlara humanitar yardım göstərməyimiz vacibdir”, – o deyib.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta