AZ

Şəmkirdə fərdi yaşayış evində yanğın olub

Şəmkir, 23 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Şəmkirin Seyfəli kəndində fərdi yaşayış evində yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakininə məxsus sahəsi 400 kvadratmetr olan fərdi yaşayış evində anidən başlayan yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zaman evin həyətində olan 1 ədəd "Mercedes" markalı minik avtomobili də yanıb.

Seçilən
665
5
azertag.az

10Mənbələr