AZ

Aİ-nin baş diplomatı kim ola bilər: Şanslar... - "Politico"

Partiyası liberal blokunun bir hissəsi olan Estoniyanın baş naziri Kaya Kallasın yeni Avropa Komissiyasında Aİ-nin xarici diplomatik xidmətinə rəhbərlik etmək üçün əhəmiyyətli şanslar var.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

"Politico” anonimlik şərti ilə səkkiz avropalı rəsmi və diplomatla danışıb. Onların fikrincə, artıq Aİ-də Avropa İttifaqının rəhbərliyində əsas vəzifələrə namizədlərlə bağlı konsensus yaranmağa başlayıb: onlar Ursula fon der Lyayeni Avropa Komissiyasının sədri vəzifəsində saxlamaq, Robert Metsolanı isə ikinci dəfə Avropa Parlamentinin sədri seçmək istəyirlər.

Portuqaliyanın sabiq Baş naziri Antonio Koştanın hazırda belçikalı Şarl Mişelin tutduğu Avropa İttifaqı Şurasının sədri vəzifəsinə çox ehtimal olunan namizəd olduğu, Estoniyanın Baş naziri Kaya Kallasın isə Aİ-nin baş diplomatı vəzifəsinə baxıldığı iddia edilir.

Aİ Ali Nümayəndəsinin mövqeyinə "ən çox qeyri-müəyyənlik" olduğu deyilir, lakin bunun Şərqi Avropanın parlaq baş naziri kimi Kallas olacağı ehtimalı yüksəkdir. O, Avropa liberalları üçün çox yaxşı seçim kimi görünür. Kallas özü də artıq bu vəzifədə maraqlı olduğunu bildirib.

Avropa seçkilərindən əvvəl, Rusiyaya qarşı "şahin" mövqeyinə görə bəzi paytaxtlar ona şübhə ilə yanaşırdılar, lakin iddiaya görə, zaman keçdikcə ona qarşı  müxalifət praktiki olaraq yox olub və indi çoxları razılaşır ki, Kallas bu vəzifəyə "coğrafi, siyasi və diplomatik baxımdan” ideal görünür. 

Həmsöhbətlərin fikrincə, tam dəqiqləşmələr olmasa da, hazırkı vəziyyət belədir - daha konkret razılaşmalar liderlərin iyunun 17-də qeyri-rəsmi şam yeməyində baş tutmalıdır. Eyni zamanda, liderlərin iyunun 27-28-də baş tutacaq görüşündən əvvəl rəsmi razılıq gözləmək lazım deyil.

Əvvəlki şayiələrlə müqayisədə, indi onlar Aİ-nin yüksək rəhbərliyi ilə bağlı kifayət qədər tez qərar verə biləcəklərini deyirlər - bu, həm də Makronun Fransada növbədənkənar seçkilər elan etmək barədə gözlənilməz qərarı ilə əlaqələndirilir, bununla əlaqədar onun Avropa Komissiyasının rəhbəri vəzifəsinə fon der Lyayenin yerinə digər şəxsi təbliğ etməyə vaxtı yoxdur. 

Nizami Bağırov
Seçilən
405
35
qaynarinfo.az

10Mənbələr