Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, türkiyəli nazir Azərbaycanda həyata keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdadır.
Yaşar Güləri hava limanında Azərbaycanın Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıb.
XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta