Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb. Bu turnirdə Azərbaycanı təmsil edəcək “Zirə” birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 25 iyul, cavab görüşləri isə 1 avqust tarixində keçiriləcək. Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu doğma meydanında keçirəcək.
Qeyd edək ki, “Zirə” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq.