AZ

İntizam Komitəsinin qərarları

Misli Premyer Liqasında sonuncu dəfə “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş 29.09.1976-cı il təvəllüdlü Məmmədov Xaqani Nürəddin oğlu “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılsın. Sınaq müddəti 24 ay təyin edilsin (maddə 105, 32).
12 iyun 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sumqayıt” FK – “Atletico Baku” FK oyununda “Sumqayıt” FK komandasının heyətində 10 nömrəli futbolçu Əli Əhmədov qarşılaşmanın 34-cü dəqiqəsində rəqibi açkar qol vurmaq imkanından məhrum etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 41).
 
12 iyun 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Zirə” PFK – “Kəpəz” PFK oyununda “Kəpəz” PFK komandasının heyətində 1 nömrəli futbolçu Ruslan Məmmədov qarşılaşma bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 42.2).
 
16 iyun 2024 cü il tarixində AHFF-nin birinciliyinin PLAY OFF mərhələsinin 1/8 final  mərhələsinin “Lokomotiv” – “Ramana” FK oyununda “Lokomotiv” komandasının heyətində 55 nömrəli futbolçu İntiqam Təhməzzadə qarşılaşmanın 90+5-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə (2-ci sarı) qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5).
 
16 iyun 2024-cü il tarixində AHFF-nin birinciliyinin PLAY OFF mərhələsinin 1/8 final mərhələsinin “Lokomotiv” – “Ramana” FK oyununda “Lokomotiv” komandasının heyətində adı protokolda olan 5 nömrəli oyunçu İsmayıl Məmmədovun lisenziyası  olmadığı aşkarlandığına görə “Lokomotiv” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.2).
 
15 iyun 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Vətən” – “Qarabağ” FK oyunu bitdikdən sonra “Vətən” komandasının 22 nömrəli futbolçusu Tuncay Camalov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 42.2).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Seçilən
306
1
affa.az

10Mənbələr