AZ

Lənkəranda maşın dərəyə aşıb, ölən və xəsarət alan var - FOTO - YENİLƏNİB

Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi "VAZ 21014" markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA - nın cənub bürosuna verilən məlumata görə, nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

18.02

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik yolunda, Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb. Nəqliyyat vasitəsinin dərəyə aşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hazırda onların kimliyi müəyyənləşdirilr.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda
Seçilən
375
10
apa.az

10Mənbələr