AZ

Lənkəranda avtomobil dərəyə aşdı, ölən və yaralanan var - FOTO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran-Lerik yolunda, Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi "VAZ 21014" markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

FOTO QALEREYA
Seçilən
683
10
avtosfer.az

10Mənbələr