17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.Gununsesi.info xəbər verir ki, Füzuli Məmmədovun komandası Sloveniya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.Qeyd edək ki, U-17 ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzmuşdu. Yığma növbəti görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta