AZ

Yevlaxda Türkiyə vətəndaşı yol qəzasında xəsarət alıb

Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində xarici vətəndaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AYNA-nın "Report"a istinadən məlumatına görə, yolun 285-ci kilometrliyində TIR traktora çırpılıb. Hadisə nəticəsində TIR-ın sürücüsü, Türkiyənin Adana şəhər sakini, 1975-ci il təvəllüdlü Sərkan Şimşək Sıddıq oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
756
45
ayna.az

10Mənbələr