AZ

11 il öncə Sərkisyan bu təklifi rədd etdi - Arutyunyan

2013-cü ildə "Şərq Tərəfdaşlığı" Ermənistana israr edirdi ki, biz yalnız onların yanında olmalıyıq, lakin Serj Sərkisyan bunu rədd etdi.

Olaylar xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan deyib.

X.Arutyunyan bildirib ki, təşkilat İrəvana sadəcə onların prinsipləri ilə hərəkət etməyi təklif edib:

"S.Sərkisyan o zaman ağıllı addım atdı, təklifi rədd etdi. Avropa Birliyi ilə əməkdaşlığımız Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərimizə təsir etməyib. Genişlənmiş Avrasiya istehlak bazarına birbaşa çıxışımız olduğundan bundan faydalanırdıq. Lakin söhbət AB-yə inteqrasiyadan gedirsə, buna çox uzağıq" - deyə, o, qeyd edib. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
211
4
olaylar.az

10Mənbələr