AZ

AİB bu qida əlavəsini gömrük rüsumundan AZAD ETDİ - SƏBƏB

Avrasiya İqtisadi Birliyi (AİB) üç il müddətinə qiymətli qida əlavələrindən birinə - kokos lopasına gömrük rüsumunu ləğv edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnev məlumat verib.

O qeyd edib ki, qərar məhsulun maya dəyərini azaltmaq və Birlik ölkələrindən qənnadı məmulatlarının ixracını inkişaf etdirmək üçün qəbul edilib.

Sənəd imzalandıqdan 30 gün sonra qüvvəyə minir.

Bizim.Media

Seçilən
243
50
bizim.media

10Mənbələr