AZ

Əli Əsədov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüşüb

Bakı. Trend:

Oktyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli ƏsədovHindistan Respublikasının ticarət və sənaye üzrə dövlət nazirixanım Anupriya Patel ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Bakıda keçirilən AzərbaycanRespublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasındaticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrəHökumətlərarası Komissiyanın iclasının önəmi vurğulandı. İclasdaqəbul edilən qərarların və imzalanan sənədlərin iki ölkə arasındamünasibətlərin inkişafına təkan verəcəyinə əminlik ifadəolunub.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti barədədanışan Ə.Əsədov ötən dövrdə ölkənin gördüyü işlərə, irəli sürdüyütəşəbbüslərə və təşkilatın beynəlxalq aləmdə nüfuzunun artmasıistiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisikimi onun Hərəkata sədrliyinin daha bir il uzadıldığınıbildirib.

İkinci Qarabağ müharibəsindən sonra regionda cərəyan edənproseslər barədə fikirlərini bölüşən Baş nazir ötən dövrdəAzərbaycanın ciddi səylərinə baxmayaraq, Ermənistanın öz silahlıqüvvələrini Qarabağ ərazisindən çıxarmaqdan boyun qaçırdığını,üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesinidavamlı olaraq pozduğunu, müxtəlif hərbi təxribatlara əl atdığınıdeyib.

Vurğulanıb ki, sentyabr ayında baş vermiş növbəti təxribatdansonra Azərbaycan qısamüddətli lokal xarakterli antiterrortədbirləri nəticəsində öz suverenliyini tam şəkildə təmin edib.Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbihədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülkişəxsləri hədəfə almadığı qeyd edilib.

Bildirilib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərininnormallaşdırılması, sülh müqaviləsinin imzalanması və CənubiQafqazda sülhün bərqərar edilməsi üçün tarixi şərait yaranıb.Diqqətə çatdırılıb ki, belə bir həssas məqamda Ermənistan tərəfininfəal şəkildə silahlanması sülh prosesinə ciddi zərbə vurur, CənubiQafqaz bölgəsində sülh və sabitlik üçün yeni təhdidlər yaradır.

Görüşdə həmçinin Azərbaycan-Hindistan əlaqələrinin inkişafperspektivləri müzakirə olunub.

Seçilən
473
12
az.trend.az

10Mənbələr