AZ

“Sumqayıt” “Sabah”a qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci turdan təxirə salınmış 1 oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, "Sumqayıt" öz meydanında "Sabah"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında ötən həftə 10-cu turda keçirilən oyunda "Sabah" 3:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, avqustun 13-də keçirilməli olan "Sumqayıt" - "Sabah" matçı "Sabah"ın istəyi ilə təxirə salınmışdı. Paytaxt klubu  Avropa Konfrans Liqasında "Partizan”la (Serbiya) cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə PFL-ə müraciət etmiş və müsbət cavab almışdı.

25 oktyabr (çərşənbə)

18:30. "Sumqayıt” – "Sabah” - 1:0

Qol: Kamran Aliev, 4

Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
"Kapital Bank Arena”

Seçilən
212
5
qaynarinfo.az

7Mənbələr