AZ

Türkiyənin Ticarət nazirindən Misirə kritik səfər

Türkiyənin Ticarət naziri Ömər Bolat 27-28 oktyabr tarixlərində iş adamları heyəti ilə Misirin paytaxtı Qahirəyə rəsmi səfər edəcək. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, burada o, iki ölkə arasında əməkdaşlıqla bağlı Misirin ticarət və sənaye naziri ilə təmaslar aparacaq.
Nazirlikdən verilən məlumata görə, Bolatın səfəri Misirin ticarət və sənaye naziri Əhməd Samir Salehin dəvəti ilə həyata keçiriləcək.
Nazirlik tərəfindən Türkiyə ilə Misir arasında ticari və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə təşkil olunan səfərdə ölkənin aparıcı iş adamlarından ibarət ticarət heyəti də iştirak edəcək. 10-u qeyri-hökumət təşkilatı rəhbəri də daxil olmaqla 113 iş adamının iştirak etdiyi səfər proqramı Türkiyə ilə Misirin iş dünyası arasında ticari və iqtisadi əlaqələri inkişaf etdirmək məqsədi daşıyır.
Nazir Bolat dəyirmi masada Türkiyə və Misirin işgüzar dairələri ilə görüşəcək, Misirin ticarət və sənaye naziri Saleh ilə ikitərəfli görüş keçirəcək.

Seçilən
747
48
xalqcebhesi.az

10Mənbələr