AZ

İsrail “Əl-Cəzirə” müxbirinin ailəsinin öldürüldüyü bölgəyə zərbə endirdiyini təsdiqlədi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağına “Əl-Cəzirə” müxbiri Vael əl-Dahduhun ailəsinin bir gün əvvəl atılan atəş nəticəsində həlak olduğu bölgəyə hücumu təsdiqləyib.Gununsesi.info-nun məlumatına görə, İsrail hərbçilərinin CNN-ə verdiyi açıqlamada “terror infrastrukturunu” vurduqlarını bildirilib.“Hərbi hədəflərə zərbələr beynəlxalq hüququn müvafiq müddəalarına, o cümlədən mülki əhali arasında itkilərin azaldılması üçün mümkün ehtiyat tədbirlərinin görülməsinə tabedir. Bu konkret halda SAXAL bu ərazidə terror infrastrukturuna zərbələr endirib”, – açıqlamada deyilir.CNN-in məlumatına görə, hücum Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsindəki bir evə dəyib. Nəticədə “Əl-Cəzirə” jurnalistinin həyat yoldaşı, oğlu, qızı və nəvəsi də daxil olmaqla ailəsinin 12 üzvü həlak olub.Gununsesi.info

Seçilən
25
gununsesi.info

1Mənbələr