AZ

Aİ liderləri "humanitar fasilə" və İsrail-HƏMAS sülh sammitini dəstəkləyir

Cümə axşamı günü Brüsseldə keçirilən sammitdə Avropa İttifaqına üzv ölkələrin liderləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı mövqelərini "humanitar fasilə”nin zəruriliyi və İsrailin özünümüdafiə hüququnu təsdiqləyən ehtiyatlı ifadələrlə məhdudlaşdırıblar.

Bu barədə Qaynarinfo Avropa İttifaqı Şurasının prezidentinin mətbuat katibi Yekaterina Kasinqe tərəfindən dərc edilmiş razılaşdırılmış mətnə istinadən xəbər verir.
Aİ liderləri HƏMAS-ın mülki şəxslərə qarşı terror hücumlarını pisləyiblər, onu girovları azad etməyə çağırıblar və "İsrailin beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququnu qətiyyətlə vurğulayıblar". 

Qəzza zolağındakı humanitar vəziyyət kontekstində, Aİ Şurası ehtiyacı olanlar üçün, xüsusən də "humanitar dəhlizlər və humanitar fasilələr” vasitəsilə "davamlı, sürətli, təhlükəsiz və maneəsiz” humanitar yardımın əldə edilməsinə çağırıb.

Avropa dövlətlərinin liderləri Ərəb-İsrail münaqişəsinin iki dövlət əsasında həllini (yəni Fələstinin yaradılmasını) və İspaniyanın təklif etdiyi kimi "yaxın gələcəkdə beynəlxalq sülh konfransının keçirilməsini” dəstəklədiklərini təsdiqləyiblər. 

Aİ sammitinin bəyanatında ayrıca bir məqam dezinformasiya və qeyri-qanuni məzmunun yayılmasına qarşı mübarizənin zəruriliyi və onlayn platformaların məsuliyyətinə aiddir.

Xatırladaq ki, Aİ-yə üzv ölkələrin İsrail-Fələstin münaqişəsi ilə bağlı fərqli baxışları var ki, bu da onlara vahid mövqe ortaya qoymağa imkan vermir.

Bəziləri "humanitar fasilə” çağırışı ilə bağlı qeyd-şərtləri var və bunun İsrailin özünü müdafiə etmək hüququnu məhdudlaşdırmaq kimi qiymətləndirilə biləcəyini iddia edirlər. Almaniya, Avstriya, Macarıstan və Çexiya İsrailə güclü dəstək verib. İspaniya və İrlandiya mövqeti daha çox Fələstinyönümlü hesab edilir. 

İki gün əvvəl Avropa Komissiyası bəyan edib ki, Avropa İttifaqı Yaxın Şərqdə atəşkəs rejimini dəstəkləmir, belə ki, HƏMAS İsrailə raket zərbələri endirməkdə davam edir.

Nizami Bağırov
Seçilən
956
17
qaynarinfo.az

10Mənbələr