AZ

Nazirə yeni müşavir təyin edildi - Foto

Ədliyyə nazirinə yeni müşavir təyin edilib.

Sabah.az xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Seyfəlpaşa Əliyev nazirin müşaviri vəzifəsinə təyinat alıb.

S.Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən bu vəzifəyə təyin olunanadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.

Seçilən
49
4
sabah.az

5Mənbələr