AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov beynəlxalq təyinat alıb. Sport24.az xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya – Uels oyununun UEFA nümayəndəsi olacaq.
B Liqasının IV qrupu çərçivəsində Karlovats şəhərində yerləşən "Branko Çavloviç-Çavlek" stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.
Qeyd edək ki, Xorvatiya – Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta