AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Uels matçının UEFA nümayəndəsi Emin Cəfərov olacaq.
B Liqasının 4-cü qrupu çərçivəsində Karlovats şəhərində yerləşən “Branko Çavloviç-Çavlek” stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.
Xorvatiya – Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.
