AZ

Fələstin-İsrail münaqişəsi: 29 jurnalist həlak olub

Fələstin-İsrail münaqişəsinin qızışdığı gündən bu yana 29 jurnalist həlak olub.Ən azı 29 jurnalist gərginləşən Fələstin-İsrail münaqişəsinin qurbanı olub.Gununsesi.info xəbər verir ki, bu barədə Jurnalistlərin Müdafiə Komitəsi bildirib.“2023-cü il oktyabrın 7-dən 27-dək hər iki tərəfdən öldürülən 8 mindən çox insanın siyahısına azı 29 jurnalist daxil edilib”, – hesabatda qeyd olunur. Təşkilat aydınlaşdırır ki, bu, Komitənin 1992-ci ildə məlumat toplamağa başlamasından bu günədək jurnalistlər üçün ən ağır dövrdür.“Xəbər agentlikləri Qəzza zolağında öz ekipajları və müxbirləri ilə əlaqəni itirdikcə, dünya reallığı görmək imkanını əldən verir”, – açıqlamada deyilir.Gununsesi.info

Seçilən
274
7
gununsesi.info

10Mənbələr