HƏMAS-la müharibədə İsrailin 311 hərbçisi ölüb.Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari oktyabrın 28-də keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, oktyabrın 28-də gecə saatlarında keçirilən əməliyyat nəticəsində İsrail Müdafiə Ordusunun 2 hərbçisi ölüb.Qeyd olunub ki, 2006-cı ildə İkinci Livan müharibəsi nəticəsində 121 israilli hərbçi ölmüşdü.İsrail ordusu 1973-cü ildə ərəb-İsrail müharibəsində ən böyük itkiyə məruz qalıb. Onda yəhudi dövlətinin ordusu 2 656 itki verib.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta