Dənizdə batan qadını xilas edərkən özü boğuldu - Foto
Ötən gün Bilgəh çimərliyində bədbəxt hadisə baş verib.BUTA.TV-ın Azxəbər.com-a istinadən məlumatına görə, 1994-cü il təvəllüdlü Anar İsmayılov dənizdə batıb. Belə ki, mərhum çimərlikdə başqa bir qadının batdığını görüb və onu xilas etməyə çalışıb. Qadın sağ qalsa da, Anarın həyatını xilas etmək mümkün olmayıb.