AZ

Türkiyə Cümhuriyyətinin yaradılmasından 100 il ötür

“1919-cu ilin 19 mayında Atatürkün İstanbuldan Samsun gəmi ilə gedişi ilə Türkiyə tarixinin yeni bir mücadilə mərhələsi başladı və 1923-cü ilin 29 oktyabrında Türkiyə Cümhuriyyətinin elan olunması ilə başa çatdı. Amma bu tarix həm də bir başlanğıc idi”.

Bu fikirləri hərbi ekspert Emin Həsənli Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı Herbiand.az-a verdiyi açıqlamada bildirib.

“Qazi Mustafa Kamal Paşanın rəhbərliyi ilə türk milləti ən ağır zamanlarında səfərbər oldu. Türkiyənin dörd bir yanından gələn işğalçılara qarşı mücadilə etdilər. 1919-cu ilin 19 mayından sonra Türkiyənin bir neçə şəhərlərində konfranslar keçirildi. Bütün xalqı səfərbər oldu. İşğalçılar Türkiyədən qovuldu. Məğlub olan Osmanlıdan ağır iqtisadi durum miras qalmışdı. Ölkə işğalçıların nəzarətində idi. Xalqda ümid yaradan bir neçə general insanları səfərbər edərək torpaqları işğaldan azad etdi”.

Emin Həsənli bu azadlıq savaşında Azərbaycanın Türkiyənin yanında olmasını da yada salır:

“Həmin mücadilədə Azərbaycan türkləri də yaxından iştirak edib. Bundan öncə Çanaqqaladan sonra Türkiyə istiqlal savaşında döyüşüblər. Türkiyəyə neft, ərzaq və maddi silah, sursat və qızıl yardımı ediblər. Qazi Mustafa Kamal Atatürk Nəriman Nərimanova yazırdı ki, biz bu borcu nə cür ödəyəcəyik. Nəriman Nərimanov deyirdi ki, qardaş qardaşın əlindən tutar. 1918-ci ildə də Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın böyük hissəsi və Bakının işğaldan azad edilməsi üçün 1130 şəhid veriblər. Türk qardaşlarımız azərbaycanlılar da Çanaqqalada və İstiqlal savaşında şəhid olublar. Hər iki cümhuriyyət Türkiyə ilə azərbaycanlıların birgə qurduğu cümhuriyyətdir və qanla halallıqla qurduğu Cümhuriyyətdir. 1933-cü ildə Cümhuriyyətin 10 illiyində Qazi Mustafa Kamal deyirdi ki, bu gün biz sovetlərlə müttəfiqik. Amma yarın Sovetlər çökəcək və oradakı türk cümhuriyyətlərinə Türkiyəyə hazır olmalıdır ki, sahib çıxsın. Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir.

Hərbi ekspert Azərbaycan və Türkiyənin dostluq və qardaşlığının bu gün də davam etdiyini bidirib:

“Ulu öndər, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Türkiyə-Azərbaycan bir millət-iki dövlət əlaqələri ən yüksək səviyyəyə qaldırıldı və Bakı-Tiflis- Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, cənab Prezident İlham Əliyevin zamanında Bakı-Tiflis-Qars dəmir yolu çəkildi. Böyük işlər görüldü və bu işlər nəticəsində qardaşlığımız ən yüksək səviyyəyə qalxdı. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın haqq işinin yanında oldu. Bütün dünyaya bəyan etdi ki, Ermənistan tərəfindən başqa dövlət qoşulsa Azərbaycanla bərabər onun yanında Türkiyə müharibəyə qoşulacaq. Bunun çox böyük əhəmiyyəti vardı. Parlamentdə qərar qəbul etdi bununla bağlı. Pandemiya olmasına baxmayaraq, Türkiyənin bütün şəhərlərində əhali küçələrə çıxaraq Azərbaycanın haqq işinə dəstək verdi. Azərbaycan həm Türkiyədə meşə yanğınlarında, həm zəlzələ zamanı bir yumruq kimi birləşərək səfərbər olaraq zəlzələrin aradan qaldırılması üçün maddi mənəvi dəstək görsətdi. Azərbaycan Fövqəladə Hallar Nazirliyi xilasetmə tədbirlərində iştirak etdi. Könüllülərimiz həkimlərimiz yardıma getdi. Azərbaycanda demək olar ki, hər kəs nəyə gücü çatırsa dəstək oldu. Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb. Qars müqaviləsindən sonra ən böyük müqavilə budur. Bütün sahələrdə siyasi, elmi, mədəni, humanitar, iqtisadi, xüsusən hərbi sahədə əməkdaşlığımız ən yüksək səviyyədədir. Dünyada ikinci belə bir dövlət yoxdur ki, bir-biri ilə belə sıx əməkdaşlıq etsin və qardaşlıq nümunəsi ortalıqda olsun.

Türkiyə Cümhuriyyətinin 100 illiyi mübarək olsun!

Türkiyə dünyanın iyirmiliyinə daxil ölkədir. Son illər Ərdoğanın rəhbərliyi altında Türkiyənin həm Yaxın Şərqdə, həm Afrikada, həm Cənubi Qafqazda, həm də Orta Asiyada həm Balkanlarda nüfuzu artıb. Dünya ölkələri Türkiyənin, həm Rusiya-Ukrayna müharibəsində, dünyanın taxıl böhranından çıxarılması üçün səylərini həm bir çox məsələlərdə vasitəçilik etməsini və Türkiyənin ilk öncə regional, ardınca dünya dövlətlərinin birinə çevrilməsi və Azərbaycanla hər sahədə əməkdaşlıq etməsi də bizi sevindirir.

Türkiyənin Cümhuriyyət günü mübarək olsun!”

Bəxtiyar CƏFƏRLİ

Seçilən
953
50
herbiand.az

10Mənbələr