Şənbə günü axşam Mərakeşin nəzarət etdiyi mübahisəli Qərbi Böyük Səhranın Səmara şəhərində baş verən dörd partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Publika.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli orqanlar bildirib.
Partlayış nəticəsində iki evə ziyan dəyib, təfərrüatlar verilməyib.
Agentlik xatırladıb ki, Mərakeş Qərbi Böyük Səhranı öz ərazisi hesab etsə də, Əlcəzairin dəstəklədiyi POLISARIO Cəbhəsi orada müstəqil dövlət yaratmaq niyyətindədir.
2020-ci ilin noyabrında POLISARIO silahlı mübarizəni bərpa etdiyini açıqlayıb.