AZ

İlon Maskdan Baydenə: “ABŞ-da xeyli vaxtdır prezident yoxdur”

Yazını böyüt
Yazını kiçilt

Texnologiya milyarderi İlon Mask ABŞ-ın “bir müddətdir ki, prezidentsiz qaldığını” deyib.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, Mask bir Twitter istifadəçisinin “New York Times” qəzetində dərc olunan “Amerikaya prezident lazımdırmı?” başlıqlı köşə yazısını paylaşdığı yazıya cavab verib.

Twitter-in CEO-su öz paylaşımında deyib: “Bu, əsl sualdır... Çünki bir müddətdir ki, bizim prezidentimiz olmadığı aydındır”.

Ross Douthat tərəfindən yazılmış məqalədə, 81 yaşlı prezident Co Baydenin geri çəkilməli olduğu iddia edilib. "Bayden başqa bir namizədlə dəyişdirilməlidir, çünki yaşlı bir prezidentin ABŞ-da xidmət etməsi son dərəcə təhlükəli olardı" qeyd olunub.

Noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl Bayden və onun rəqibi, keçmiş prezident Donald Tramp iyunun 27-də ilk dəfə canlı yayımda üz-üzə gəlib.

Baydenin debatdakı çıxışı böyük narahatlıq doğurub.

CNN yazıb ki, Demokratlar Partiyasının yüksək vəzifəli şəxsləri Baydenin yarışdan geri çəkilməsini istəyirlər.

Adlarının açıqlanmasını istəməyən mənbələrə əsaslanan xəbərdə yüksək səviyyəli şəxslərin bazar günü Demokrat Partiyasının konqresmeni Hakim Cefrisin keçirdiyi toplantıda bu yöndə fikirlərini çatdırdığı bildirilib. Cefrisin məsələ ilə bağlı fikirlərini bölüşmədiyi bildirilib. Bildirilib ki, Nümayəndələr Palatasının üzvləri Mark Takano, Adam Smit, Cim Himes, Co Morelle, Cerri Nadler və Syuzan Uild Baydenin getməsi lazım olduğunu deyən Demokrat partiya üzvləri arasında olub.

Bir çox insanın Baydenin yerinə vitse-prezident Kamala Harrisin namizəd olmasını istədiyi də bildirilib.

Digər tərəfdən, Baydenin namizədliyi məsələsi Demokratlar Partiyasına ianələrə də təsir edib. Media və əyləncə sənayesi nəhəngi Disney ailəsindən olan Abigail Disney, keçən həftə verdiyi açıqlamada Kamala Harris Baydenin yerinə namizəd olana qədər Demokratlar Partiyasına maliyyə dəstəyini dayandırdığını açıqlayıb.

Sahibkar Gideon Stein də Bayden yarışdan çəkilənə qədər etməyi planlaşdırdığı 3,5 milyon dollarlıq ianəni dayandırdığını bildirib.

Demokratlara etdiyi ianələrlə tanınan Netflix-in həmtəsisçilərindən olan Rid Hastinqs də Baydeni yarışdan çəkilməyə çağırıb.

Seçilən
154
15
hafta.az

10Mənbələr