Roma Papası I Fransisk Yaxın Şərqdə atəşkəs, Qəzza zolağına humanitar yardım və girovların azad edilməsinə çağırıb.
BAKU.WS bu barədə Report-a istinadən xəbər verir.
"Atəşi kəsin! Qardaşlar və bacılar, dayanın. Müharibə məğlubiyyətdir. Qəzza zolağında humanitar yardıma zəmanət vermək və bütün girovları azad etmək lazımdır", - pontifik Müqəddəs Petrus meydanında ənənəvi bazar günü xütbəsindən sonra Apostol sarayının pəncərəsindən dindarlara müraciət edərək deyib.