AZ

Video / SosialBakının Afiyəddin Cəlilov küçəsində təmir işləri yekunlaşıb - FOTO/VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılan təmir işləri artıq yekunlaşıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hissə üzrə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Bu işlərə paralel olaraq küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib.

Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

BAKU.WS VİDEO QALEREYA

Seçilən
96
24
far.az

10Mənbələr