Demokrat.az xəbər verir ki, son aylar Lionel Messinin şəxsi mühafizəçisi Yassine Çueko sosial mediada populyarlıq qazanıb.
Onların yeni görüntüləri paparazzilərin kameralarına tuş gəlib. Meydançada futbolçunu tək buraxmayan Çuenko onu hətta xanımı ilə istirahət zamanı da gözdən iraq qoymur.
Messi və xanımının birgə istirahət etdiyi fotoda cangüdənin də yanlarında oturması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, cangüdən “Inter Mayami”nin matçları zamanı argentinalı superulduzun xüsusi müdafiəsi ilə diqqət çəkir. Cangüdənin vəzifələrinə meydançanın hər perimetrində Messinin hərəkətlərinə nəzarət etmək daxildir.
Çueko Messini qorumaq üçün hər il 250 min dollar maaş alır. Onun vəzifəsini fədakarlıqla yerinə yetirməsi sosial şəbəkələrdə populyarlığını xeyli artırıb.

8Mənbələr
-
ucnoqta.azCangüdəni Messini arvadının yanında da tək qoymur - FOTO ( 856332)
-
day.azCangüdəni Messini arvadının yanında da tək qoymur - FOTO ( 856082)
-
sonxeber.netCangüdəni Messini arvadının yanında da tək qoymur - FOTO ( 855988)
-
milli.azCangüdəni Messini arvadının yanında da tək qoymur - FOTO ( 855932)
-
yenicag.azCangüdəni Messini arvadının yanında da tək qoymur – FOTO ( 853697)
-
buta.wsCangüdəni Messini arvadının yanında da tək qoymur - FOTO ( 853609)
-
demokrat.azCangüdəni Messini arvadının yanında da tək qoymur — FOTO ( 853571)
-
yenisabah.azCangüdəni Messini arvadının yanında da tək qoymur - Foto ( 853301)