AZ

3 ölkə birləşdi: Türkiyə ilə sərhəddə dəhliz yaradılır, bundan sonra...

Yunanıstan, Bolqarıstan və Rumıniya NATO-nun şərq cinahında hərbi dəhliz yaradır.

Publika.az xəbər verir ki, bu dəhlizin Yunanıstanın Saloniki və Aleksandrupolis şəhərlərinin strateji əhəmiyyətini artıracağı gözlənilir.

Yunanıstanın müdafiə nazirləri Nikos Dendias, Bolqarıstan Atanas Zapryanov və Rumıniya Anxel Tylvar NATO-nun Vaşinqtonda keçirilən sammitində NATO-nun şərq cinahında hərbi dəhliz yaradılmasına dair məktub imzalayıblar.

“Bu gün NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində biz razılaşdırılmış hərbi mobillik dəhlizinin yaradılmasına dair niyyət məktubu imzaladıq ”, - deyə Dendias sosial media hesabında yazıb.

O, dəqiqləşdirib ki, payızda Aleksandrupolisdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı üçtərəfli görüş keçiriləcək.

Seçilən
101
8
publika.az

10Mənbələr