AZ

Yoldaşlıq matçında dava düşdü

Yeni mövsüm öncəsi hazırlıqlarını Avstriyada davam etdirən "Fənərbaxça" 2-ci hazırlıq matçında Xorvatiya Liqası komandalarından "Hajduk Split"lə qarşılaşıb.

Demedia.az xəbər verir ki, Sarı-göylülər 1:0 hesabı ilə uduzsa da, matçın ilk hissəsində gərgin anlar yaşanıb.
Matçın 30-cu dəqiqəsində “Fənərbağça”nın futbolçusu Aleksandr Djiku ilə “Hajduk Split”in futbolçusu Marko Livajanın qoşa döyüşündən sonra gərginlik yaranıb. Qəzəblərinə hakim ola bilməyən futbolçular birdən bir-birinin boğazından yapışıblar.
Ehtiyat oyunçular skamyada oturan futbolçular meydana daxil olaraq atmosferi yumşaltmağa çalışırdılar. Sarı-göylülərin dünyaca məşhur portuqaliyalı çalışdırıcısı Joze Mourinyo da meydana daxil olaraq hər iki futbolçunu sakitləşdirib. Matçın baş hakimi gərginliyə görə həm Djiku, həm də Livaja sarı vərəqə göstərib.

Seçilən
43
demedia.az

1Mənbələr