AZ

Braziliya səfiri ADU-nun qonağı olub (FOTO)

Bakı. Trend:

Oktyabrın 30-da Braziliya Respublikasının Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos MonteneqroLopes da Kruz Azərbaycan Dillər Universitetinin (ADU) "Səfir saatı"layihəsinin qonağı olub.

Universitetin rektoru, akademik Kamal Abdulla səfiriuniversitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ADU tələbələri portuqal dilinə böyük maraqgöstərir və müəllimlər tələbələrə portuqal dilinin sirlərinidərindən öyrədirlər. Portuqal dilinin öyrənilməsi Braziliyamədəniyyətinin, ədəbiyyatının, tarixinin təbliği deməkdir:

“Biz çox istərdik ki, Braziliyada da Azərbaycan mədəniyyəti,dili təbliğ olunsun. Bunun üçün bizim əlaqə qurduğumuzuniversitetdə Azərbaycan dili ilə bağlı təbliğat işləriningörülməsi vacib məsələlərdən biridir.

Qarşılıqlı müəllim-tələbə mübadiləsi bizə yeni elmi imkanlarınəldə olunması üçün əlverişli şərait yaradacaq. İnanıram ki, buistiqamətdə də uğurlu nəticələri əldə edə biləcəyik”.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirənsəfir ADU ilə elmi əməkdaşlığın perspektivlərindən danışıb. Butəhsil ocağında portuqal dilinin tədrisini yüksək qiymətləndirəndiplomat "Səfir saatı" layihəsində tələbələrlə görüşdən xoştəəssüratla ayrıldığını deyib.

Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və tərfdaşlıqmünasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bu inkişaf özünüelmi, mədəni sahələrdə də göstərməkdədir.

Görüşdə gələcək elmi əməkdaşlığın yeni imkanları, mədənitərəfdaşlığın yeni perspektivləri müzakirə olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Braziliya
Braziliya
Braziliya
Braziliya
Braziliya
Seçilən
128
9
az.trend.az

9Mənbələr