AZ

İtaliya “Hizbullah”ın İsraili işğal edəcəyini düşünmür

Livanın “Hizbullah” qruplaşmasının Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi fonunda regionda vəziyyəti gərginləşdirməsi gözlənilmir. İndiyədək İsrail və Livan arasında genişmiqyaslı qarşıdurma olmayıb...Poliqon xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani La Stampa nəşrinə müsahibəsində deyib.İtaliyanın xarici işlər nazirinin fikrincə, Yaxın Şərqdə vəziyyəti nizamlamaq üçün İsrailin yanında müstəqil Fələstin dövlətinin yaradılması lazımdır:“Hizbullah"ın İsraili işğal edəcəyini düşünmürəm. Bu günlərdə baş verənləri sadəcə atışma adlandırmazdım, lakin indi Livanın cənubunda hərtərəfli toqquşma görmürük. Bizim səy göstərməli olduğumuz məqsəd iki xalq, iki dövlət prinsipidir”.Nazir əlavə edib ki, fələstinlilərin öz ölkələrinə sahib olmaq hüququ var. Tajani vurğulayıb ki, iki dövlətli həll planı HƏMAS-ı məğlub etməyə kömək edəcək.Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar" adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yaraqlıların yüzlərlə hədəfinə zərbələr endirib və ölkənin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib.Poliqon.info

Seçilən
563
50
poliqon.az

10Mənbələr