AZ

Britaniya Fələstinə dəstək nümayişlərini nifrət yürüşləri adlandırıb

Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman İsrail-Fələstin münaqişəsinin başlamasından sonra paytaxt Londonda Fələstinə dəstək üçün keçirilən nümayişləri nifrət yürüşləri adlandırıb.

525.az xəbər verir ki, Braverman İsrail-Fələstin münaqişəsinin Britaniyadakı cəmiyyətlərə təsirini müzakirə etmək üçün Baş nazir Rişi Sunakın sədrliyi ilə keçirilən Fövqəladə Nazirlər Kabinetinin (COBRA) iclasından sonra açıqlamalar verib.

Sözügedən münaqişədən sonra Londonda on minlərlə insanın iştirakı ilə yürüşlər keçirildiyini qeyd edən Braverman: "Məncə, bu yürüşləri təsvir etməyin bircə yolu var, onlar nifrət yürüşləridir", - deyib.



Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Seçilən
733
25
525.az

10Mənbələr