AZ

Xaçmazda evdən naməlum qadın meyiti tapıldı

Xaçmazda evdən qadın meyiti tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, o, bir neçə gün öncə ölüb. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Milli.Az

Seçilən
93
9
milli.az

5Mənbələr