İmişlidə 32 yaşlı kişi özünü asaraq intihar edib.
Trend-in məlumatına görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Alıyev Əlişir Mahmud oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib. İntiharın motivi məlum deyil.
Qeyd edilir ki, Ə.Alıyev 1 ay əvvəl ailə həyatı qurub.
Faktla bağlı İmişli prokuroluğunda araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta