AZ

Bu gün saat 21:00: İsveçrə (Qadınlar) - Azərbaycan (Qadınlar)

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
B Liqasının 1-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə qarşılaşacaq. Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutacaq görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
 
16 iyul
 
İsveçrə (Qadınlar) - Azərbaycan (Qadınlar)
Olimpik De La Pontez stadionu. Saat 21:00
Baş hakim: Miriama Boçkova
Baş hakimin köməkçiləri: Miroslava Pastorekova, Aleksandra Varqova
Dördüncü hakim: Zuzana Valentova
Seçilən
107
affa.az

1Mənbələr