AZ

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bilinib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi bu raundda Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşacaq. Bu komanda I təsnifat mərhələsində Maltanın “Hamrun” kollektivini üstələyib. Səfər görüşündə 1:0 hesablı qələbə qazanan “Linkoln” öz meydançasında eyni hesabla məğlub olub. Penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn Cəbəllütariq təmsilçisi növbəti mərhələyə adlayıb.
“Qarabağ” “Linkoln”la ilk oyununu iyulun 23-də və ya 24-də səfərdə, cavab görüşünü isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Seçilən
183
affa.az

1Mənbələr