AZ

ABŞ-da Respublikaçılar Partiyasının qurultayının keçirildiyi ərazidə silahlı şəxs saxlanılıb

ABŞ-da

Bakı, 17 iyul, AZƏRTAC

ABŞ-ın Viskonsin ştatının Milvauke şəhərində Respublikaçılar Partiyasının qurultayının keçirildiyi ərazi yaxınlığında xizək maskası taxmış silahlı şəxs saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fox News” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, axtarış zamanı təhlükəsizlik qüvvələri həmin şəxsin çantasından tapança aşkar ediblər. Saxlanılan şəxsin Viskonsin və ya digər ştatlarda silah gəzdirmək üçün lisenziyası olmayıb.

Seçilən
93
1
azertag.az

2Mənbələr