İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı fotosərgisi açılıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, İspaniyanın EFE, İtaliyanın ANSA və Yunanıstanın AMNA kimi tanınmış Avropa xəbər agentlikləri sərgiyə təşkilati dəstək göstərib.
Sərgidə əsas diqqət ətraf mühit dəyişikliklərinin nəticələrinə, o cümlədən meşə yanğınlarına yetirilib.
“Anadolu” agentliyinin baş direktoru Sərdar Qaragöz ictimaiyyətinin ətraf mühitə diqqətli münasibətin zəruriliyi barədə məlumatlandırılmasının əhəmiyyətinə yönəldib.
Onun sözlərinə görə, qlobal iqlim dəyişmələri fonunda bütün ölkələr mənfi təsirləri azaltmaq üçün mümkün olan bütün tədbirləri görməlidir.
“Vətəndaşların maarifləndirilməsində əsas rol media strukturları, xüsusilə xəbər agentliklərinə məxsusdur. Gələcək nəsillərə yaşıl planet ötürmək üçün əlimizdən gələni etməliyik”, - deyə xəbər agentliyinin rəhbəri qeyd edib.
Dörd informasiya agentliyinin 50 işinin nümayiş olunduğu sərgi iyulun 30-dək açıq olacaq.
Ramin Abdullayev
Ankara
Mənbə: AZƏRTAC