AZ

Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb

Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb

Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən yanğın nəticəsində 16 nəfər ölüb.

AZƏRTAC şəhərin yanğın və xilasetmə qərargahına istinadla xəbər verir ki, 14 mərtəbəli binada yanğın iyulun 17-də axşam saatlarında başlayıb. Alov binanın birinci mərtəbəsindən 6-cı mərtəbəsinə qədər sahəni əhatə edib. Yanğının söndürülməsinə 20 texnika, 100-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğın söndürüldükdən sonra gecə saat 3 radələrində axtarış-xilasetmə işləri başa çatıb, bina tam boşaldılıb, 75 nəfər təxliyə edilib.

İlkin ehtimala görə yanğın binada aparılan təmir işləri ilə əlaqədar olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: AZƏRTAC

Seçilən
18
11
ilk.az

10Mənbələr