AZ

“Qarabağ” Azərbaycan millisinin qapıçısını transfer edib

“Qarabağ” Azərbaycan millisinin qapıçısını transfer edib

“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən oyunçu 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.

Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə də Ağdam klubunun şərəfini qoruyub. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper “Qarabağ”da 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasında 29 oyun keçirib.

Mənbə: AZƏRTAC

Seçilən
10
13
ilk.az

10Mənbələr