AZ

Balkan ölkələrində güclü meşə yanğınları hökm sürür

Bakı. Trend:

Balkan ölkələrində meşə yanğını ilə mübarizə davam edir.

Trend xarici mediaya istinadla xəbər verir ki, yanğına səbəbanomal isti havadır.

Hadisənin miqyası güclü küləyin təsiri ilə genişlənir. Bir neçəgündür temperatur 40 dərəcəni keçib. Yanğınsöndürənlər alovunqarşısını almağa müvəffəq ola bilməyiblər.

“Vəziyyət nəzarət altındadır. Zərurət yaranarsa, Bərpa və YardımKomissiyası vasitəsilə əlavə dəstək veriləcək. Çexiya və Rumıniyabizə kömək etməyə razılıq veriblər”, - deyə Bolqarıstanın Başnaziri Dimitar Qlavçev bildirib.

Şimali Makedoniyada güclü alov səbəbindən 30 günlük fövqəladəvəziyyət elan edilib. Hazırda ölkədə 20-dən çox yanğın ocağı var.Ölkənin mərkəzində, Ştip və Neqotino icmalarının olduğu dağlıqbölgələrdə xüsusilə çətin vəziyyət hökm sürür.

“Hazırda yaşayış məntəqələri üçün heç bir təhlükə yoxdur,vəziyyət tam nəzarət altındadır. Yanğınlar davam edir. Biz buradaəlimizdən gələni edirik”, - deyə Şimali Makedoniyanın Böhrana CavabMərkəzinin rəhbəri Stoyantse Angelov bildirib.

Türkiyə, Monteneqro və Sloveniyadan təyyarələr yanğın yerinəcəlb olunub. Şimali Makedoniyanın hakimiyyət orqanları Yunanıstanlasərhəd məntəqəsini bağlayıb. Bu arada, sinoptiklər yaxın günlərdəAvropanın cənubunda havanın temperaturunun daha da artacağınıproqnoz ediblər.

Seçilən
38
4
az.trend.az

5Mənbələr