AZ

Verilişlərdə qalmaqalı görüntülərin yaradılmasının səbəbini açıqladı

Verilişlərdə qalmaqalı görüntülərin yaradılmasının səbəbini açıqladı

Aparıcı Turan İbrahimov telekanlların reytinq cədvəlini yayıb.

Sonxeber.az xəbər verir ki, Turan son vaxtlar yayımlanan verilişləri tənqid edib. O bildirib ki, sosial verilişlərdə qalmaqallı görüntülərin yaradılmasının səbəbi reklam cəlb etməkdir:

"Bu telemövsüm başlayar- başlamaz özəl televiziyalarda sanki qırğındı, ölüm- qalım mübarizəsi gedir. Bir-birinin ardınca özəl TV-lərin qalmaqallı veriliş fraqmentləri yayılır, müzakirə edilir, qınanılır. Çünki bu mövsüm tamaşaçılar daha da azalıb, reklam büdcələri kiçilib, kanallar o büdcələri özlərinə tərəf çəkmək üçün daha çox səs-küy salmaq məcburiyyətində qalıblar. Əks halda qazancları daha da azalacaq.

Aşağıdakı 20 oktyabr 2023- ün reytinq nəticələridir. Lap əvvəldə olan Azərbaycanda televiziyaya baxanların nisbətidir, ondan sonra televiziya cihazıyla başqa platformalara baxanların nisbətidi, daha sonra Türkiyə kanallarına baxanlardır. Nəhayət, dördüncü sıradan isə yerli TV-lərə baxanların seçimlərinin nisbəti gəlir.

Bəli, açıqca məlum olur ki, artıq TV- yə baxanların nisbəti çox aşağı düşüb. 6-7 il öncə daha böyük rəqəmlər və faizlər olurdu. Ən kədərlisi də odur ki, yerli TV- lərimizə baxanların nisbəti lap aşağı düşüb".

Qeyd edək ki, bir müddət əvvəl "Təsir dairəsi" proqramında iştirakçı ilə ekspert Anar Vəziroğlu əlbə-yaxa dava edib. "Bizimləsən" proqramında iki qadın bir-birinə nalayiq sözlər deyərək, davaya çıxıb. "7 Tamam" proqramında Əməkdar artist Coşqun Rəhimov efirə at ilə gəlib. "Rəngarən səhər" verilişində isə Əməkdar artist Elnarə Abdullayeva üçün canlı yayıma inək gətirilib. "7 tamam" verilişində "robot"a xına, daha sonra isə toy keçirilib./Axşam.az

Verilişlərdə

Seçilən
579
35
sonxeber.az

10Mənbələr