Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin paylanılması kütləvi şəkildə həyata keçirilir. Dairə və aşağı seçki komissiyaları bildirişlərin seçicilərə vaxtında paylanmasına çalışır.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov Komissiyanın iyulun 19-da keçirilən iclasında deyib.
R. Qasımov bildirib ki, bildirişlərdə səsvermə proseduru qaydaları barədə məlumatlar öz əksini tapıb. O qeyd edib ki, bildirişlərdə seçicinin ünvanı, soyadı, adı, atasının adı, seçki günü və səsvermə saatları, məntəqə seçki komissiyaları ilə əlaqə saxlamaq üçün məlumatlar mövcuddur.
Mənbə: AZƏRTAC