Qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələləri üçün püşkatma olub.
Prosport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan milli komandasının rəqibi müəyyənləşib. Millimiz birinci pley-off mərhələsində B Liqasının qrup mərhələsinin ən yüksək reytinqli yığmalarından biri olan Portuqaliya ilə qarşılaşacaq.
Azərbaycan seçməsi ilk oyununu oktyabrın 23-də öz ölkəsində, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.
Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta