AZ

Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib

Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib

ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Prezident Zelenski ilə çox yaxşı telefon danışığı oldu. ABŞ-ın növbəti prezidenti olaraq mən dünyaya sülh gətirəcəyəm. Çoxlu sayda insanın həlak olduğu və saysız-hesabsız günahsız ailənin didərgin düşdüyü bu müharibəyə son qoyacağam. Hər iki tərəf bir araya gələrək zorakılığa son qoyan razılaşmanı müzakirə edə bilər”, - deyə keçmiş dövlət başçısı bildirib.

Qeyd edək ki, Tramp dəfələrlə bu il prezident seçkilərində qalib gələcəyi təqdirdə, Ukrayna münaqişəsinin tezliklə həllinə nail olacağını bəyan edib.

Mənbə: AZƏRTAC

Seçilən
21
50
ilk.az

10Mənbələr