AZ

Portuqaliya yığmasının baş məşqçisi: Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşacağıq

Portuqaliya yığmasının baş məşqçisi: Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşacağıq

“Azərbaycan millisinin heyətində başqa ölkələrdə, xüsusilə Rusiya və Türkiyədə oynayan xeyli futbolçu var. Rəqib Avropa çempionatına vəsiqə uğrunda birinci dəfə pley-off mərhələsinə çıxıb və bu yolda ilk addımlarını atır”.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Fransisko Netu Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri pley-off oyunları barədə danışarkən deyib.

Cütün favoriti hesab olunduqlarını gizlətməyən 43 yaşlı mütəxəssis komandamıza hörmətlə yanaşdıqlarını bildirib: “Çünki 10 il əvvəl biz Azərbaycan millisinin hazırkı vəziyyətində idik və yekunda Avropa çempionatına vəsiqə qazandıq. Buna görə də matça ciddi hazırlaşacağıq. Rəqib oyunlarda 4-3-3 və ya 4-5-1 taktiki sxeminə üstünlük verir. Hazırda ikinci pley-off matçları barədə düşünmürük. Bütün fikrimiz Azərbaycanla oyundadır”.

Qeyd edək ki, Azərbaycan və Portuqaliya yığmaları arasında ilk oyun oktyabrın 23-də, cavab görüşü isə oktyabrın 29-da keçiriləcək. Bu cütün qalibi ikinci pley-off mərhələsində Belarus-Çexiya duelinin güclüsü ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq.

Mənbə: AZƏRTAC

Seçilən
93
20
ilk.az

10Mənbələr